ZAKİR FƏRƏCOV BAKIYA MER GƏLİR?

hacibalaBakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vəzifəsini tərk edəcək.  DİA.AZ-ın verdiyi xəbərə görə, onun yerinə, hazırda Abşeron rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacaq.

Məlumat üçün bildirək ki, Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.

Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.

1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun «Sənaye İqtisadiyyatı» fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

 

Baxış sayı: (338)

Поделиться в соц. сетях

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники