Eyvaz Hüseynov vəzifəsindən gedir?

eyvaz huseynovHakimiyyətin etimadını itirən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 21 ildir oturduğu vəzifə kreslosunu ilə vidalaşır

Xocavəndin icra başçısı Eyvaz Hüseynov vəzifədən getmək barədə düşünür. Buna səbəb isə Prezident Adminstrasiyasından aldığı mesajlardır.

Bu barədə PİA.AZ-a Xocavənddən daxil olan məlumatda bildirilir ki, uzun illər boyu (21 il) Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eyvaz Hüsenov artıq hakimiyyət dairələrinin etimadını itirib. Buna görə icra başçısı öz varisini yerinə gətirmək üçün yuxarı dairələrlə təmasa keçib. Məlumatda qeyd olunur ki, Eyvaz Həsənovun yerinə gətirmək istədiyi şəxs Xocavənd Rayon Mərkəzi xəstəxanının baş həkimi Nürəngiz Bəşirovadır.

Bildirilir ki, Nurəngiz Bəşirova Qarabağ müharibəsi veteranıdır və 2005-ci ildə doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqda, onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Buna baxmayaraq həmin vaxt Eyvaz Hüseynovun səyləri nəticəsində Nurəngiz Bəşirova azadlığını və vəzifəsini qoruya bilib.

Məlumata əsasən Eyvaz Hüseynovun istefaya çıxmasının əsas səbəblərindən biri onun keçmişidir. Belə ki, icra başçısı Milli Qəhrəman olmaq iddiasına düşən və «Asala» rəhbərlərindən biri Monte Melkonyanın başını kəsdiyini iddia edən qardaşı İbad Hüseynovun bəlasına keçib.
Mənbə bildirir ki, qardaşların keçmişini araşdırarkən məlum olub ki, Eyvaz Hüseynov 1992-93-cü illərdə seperatçı Əlikram Hümbətovun dəstəkçilərindən biri olub və Əlikram Hümbətova yardım göstərib. 1995-ci ildə isə «OMON»çularla və Rövşən Cavadovla sıx əlaqədə olub. Buna baxmayaraq həmin həssas dönəmlərdə Eyvaz Hüseynov öz kürsüsünü qoruya bilib. Buna isə əsasən xocavəndlilərin ona verdiyi dəstək sayəsində nail ola bilib. Həmçinin Eyvaz Hüseynov artıq möhkəmlənən hakimiyyətə sədaqətli olacağına inandıra bilib.

Bildirilir ki, 21 il Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eyvaz Hüseynov artıq hakimiyyət dairələrində «persona non-qrata» elan olunub və onun hakimiyyətə sədaqətinə şübhə ilə yanaşılır. Buna baxmayaraq Eyvaz Hüseynov 21 il idarə etdiyi rayona öz varisini təyin etdirmək üçün çaba göstərir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Baxış sayı: (355)

Поделиться в соц. сетях

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники